Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti ("Rosselxoznadzor") Ermənistandan balıqçılıq məhsullarının idxalına tətbiq olunan məhdudiyyətləri daha da sərtləşdirib. Qurum daha iki Ermənistan şirkətinin sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bununla da Ermənistandan bütün balıqçılıq məhsullarının Rusiyaya idxalı tamamilə dayandırılıb.
Agentliyin yaydığı məlumatda qeyd olunur ki, sözügedən qərar Ermənistan şirkətləri tərəfindən yol verilən sistemli pozuntular səbəbindən qəbul edilib.
Sara,
NOCOMMENT.az










