Dəhşətli yanğın başladı: Əhaliyə xəbərdarlıq edildi - Bu ölkədə

Dəhşətli yanğın başladı: Əhaliyə xəbərdarlıq edildi - Bu ölkədə

ABŞ-nin Pensilvaniya ştatının Markus-Huk şəhərində yerləşən neft emalı zavodunda güclü yanğın baş verib. Hadisə Delaver çayının sahilində qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, yanğının səbəbləri və xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur. Yerli hakimiyyət orqanları və polis sakinlərə hadisə yerindən uzaq durmağı tövsiyə edib.

Polisin verdiyi məlumata görə, ərazidə hava keyfiyyəti pisləşdiyindən zavodun yarım mil radiusunda yaşayan sakinlərdən evlərində qalmaları istənilib. Hələlik əhalinin təxliyəsinə ehtiyac olmadığı bildirilsə də, vəziyyət nəzarət altında saxlanılır.