Göygöldə yük avtomobili azyaşlını vurub
Göygöldə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Qazel" markalı yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2019-cu il təvəllüdlü K. Abbasovu vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti kafidir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Lent.az











