Ermənistanda əsgər yoldaşını öldürən hərbçi saxlanıldı

Ermənistanda əsgər yoldaşını öldürən hərbçi saxlanıldı

Ermənistanda müddətli həqiqi hərbi xidmət qulluqçusu Samvel Sanoyanı öldürən hərbçi yoldaşı saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, aprelin 28-də hərbçi yoldaşının açdığı atəş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırışçı əsgəri sıravi Samvel Sedrakoviç Sanoyan güllə yarası alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən şəxs ölümlə nəticələnən silahla davranış qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıb.