Ermənistanda etirazlar: Kəlbəcərə gedən yol bağlandı

Ermənistanda etirazlar: Kəlbəcərə gedən yol bağlandı

Ermənistanın Qeqarkunik vilayətinin Qeqamasar kəndinin sakinləri səhər saatlarından etiraz aksiyasına çıxıblar.

NOCOMMENT erməni mediasına istinadən xəbər verir ki, Zod qızıl mədənində partlayıcılardan istifadə olunmaqla gerçəkləşən işlərə etiraz ediblər.

Ekoloji sabitliyin pozulduğunu bildirən etirazçılar Vardenis-Kəlbəcər yolunu bağlayıblar. Ekoloji fəal Sevak Xaçatryan mədəndə görülən işlərin bölgədəki su mənbələrini zəhərləyəcəyini dilə gətirib: “Mədəndə partlayış işləri nəticəsində ətraf mühiti çirkləndirən zəhərli kimyəvi maddələrlə zəngin olan toz buludları əmələ gəlir. Həm içməli su, həm də suvarma suyumuz çirklənir”.

 

Մաքուր օդ և ջուր ունենալու ակնկալիքով Գեղամասար խոշորացված համայնքի բնակիչները առավոտյան ժամը 7;00֊ին փակել էին…

Gepostet von Sevak Khachatryan am Montag, 17. August 2020