Ermənistanda hərbçilər arasında atışma: Ölən var

Ermənistanda hərbçilər arasında atışma: Ölən var

Ermənistan silahlı qüvvələrinin hərbçisi xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə noyabrın 15-də hərbi hissələrdən birində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.