Ermənistanda hərbçilər qəzaya düşdülər: Ölən var

Ermənistanda hərbçilər qəzaya düşdülər: Ölən var

Ermənistanda səhər saat 9:50-də “KamAZ” markalı hərbi avtomobil qəzaya düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü hərbçi Qriqor Qriqoryan ölüb. Daha 7 hərbçi isə yaralanıb, onlar xəstəxanaya aparılıb və müayinə olunublar. Hərbçilər lazımi tibbi yardım alıblar, onların həyatına heç bir təhlükə yoxdur..

Hazırda qəzanın səbəbləri araşdırılır.