Ermənistanda İrana məxsus yük və Rusiya sülhməramlılarının hərbi maşını qəza törətdi – Xəsarət alanlar var

Ermənistanda İrana məxsus yük və Rusiya sülhməramlılarının hərbi maşını qəza törətdi – Xəsarət alanlar var

Ermənistanda Rusiya sülhməramlılarının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Mehri rayonunda olub.

Belə ki, İrana məxsus dövlət seriya nişanlı yük avtomobili Rusiya hərbçiləri üçün ərzaq daşıyan “KamAZ”la toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki hərbçi yaralanıb.

Hadisənin başvermə səbəbi məlum deyil.

Rusiyanın Müdafiə Nazirliyi hələ xəbəri təsdiqləməyib.