Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı 1 111 nəfərə çatıb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb. Məlumata görə, Ermənistanda indiyədək 16 nəfər koronavirusun qurbanı olub.

Bildirilib ki, son sutkada COVID-19-a daha 26 nəfər yoluxub, 1 nəfər ölüb.