Ermənistanda koronavirusa yoluxanların sayı 1 159-a çatıb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb. Məlumata görə, son sutkada ölkədə virusa 48 yoluxma halı qeydə alınıb. Ötən gün koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 18-yə yüksəlib, 358 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.












