Ermənistanda yoluxma sayı 42 477-yə yüksəlib

Ermənistanda yoluxma sayı 42 477-yə yüksəlib

Ermənistanda son sutka ərzində 158 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

NOCOMMENT.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı məlumata görə ümumi yoluxma sayı 42 477-yə çatıb.

Bildirilir ki, pandemiya qurbanlarının sayı 6 nəfər artaraq 842-yə çatıb. İndiyədək 35 693 nəfər infeksiyadan sağalıb.

Qeyd edək ki, hazırda Ermənistanda 5 689 aktiv koronavirus xəstəsi var.