Ermənistanın paytaxtı İrəvanın Fransa meydanında keçirilən aksiyanın iştirakçılarından biri dünyasını dəyişib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə İrəvan Dövlət Tibb Universitetinin Administrasiyasının rəhbəri Şuşan Danielyan məlumat yayıb.
“Fransa meydanında yerləşən çadırlardan birindən ürəyi dayanmış naməlum vətəndaş təcili yardım maşını ilə 1 saylı Universitet Xəstəxanasına çatdırılıb. Dərhal xəstəxanada bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib, lakin təəssüf ki, tibb işçilərinin bütün səyləri boşa çıxıb, bioloji ölüm qeydə alınıb”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, son bir neçə gündür İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.












