Ermənistandan daha bir əsgər həlak oldu

Ermənistandan daha bir əsgər həlak oldu

Ermənistanda müddətli həqiqi hərbi xidmət keçən daha bir hərbi qulluqçu Alik Norayroviç Manukyan həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Məlumta görə iyulun 18-də saat 14:00-da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin cavabdeh olduğu ərazidə 2000-ci il təvəllüdlü əsgər Alik Manukyan (Vayots Dzor hərbi qeydiyyatı və qəbul idarəsi, 2019-cu il təvəllüdlü) silahla yaralanıb.

Bildirlir ki, o, xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edilib ki, insidentlə bağlı istintaq aparılır.