Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan işgüzar səfərlə Rusiyaya yola düşüb.
NOCOMMENT.az TASS.ru-ya istinadən xəbər verir ki, bu, yeni təyin olunmuş müdafiə nazirinin Rusiyaya ilk səfəridir.
Məlumatda bildirilir ki, səfər çərçivəsində V.Arutyunyan Rusiyanın müdafiə naziri general Sergey Şoyqu və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.












