Ermənistanın şimal yolu yenə bağlandı

Ermənistanın şimal yolu yenə bağlandı

Yuxarı Lars keçid məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol buz və qar səbəbindən yük maşınları üçün bağlanıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Qudauri-Kobi və Mleta-Qudauri hissəsində yol digər avtomobillərin hərəkəti üçün açıqdır”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu, Ermənistandan Rusiyaya gedən yeganə yoldur.