Gürcüstanda daha 14 nəfərin koronavirusa yoluxması təsdiqlənib.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla COVID-19 infeksiyasına yoluxanların sayı 148-ə çatıb, onların 27-si sağalıb.
Karantində 5 550, stasionar nəzarətdə isə 281 nəfər saxlanılır.
Hazırda Gürcüstanda 121 aktiv koronavirus xəstəsi var.












