Çaya yıxılan kişi xilas edildi

Çaya yıxılan kişi xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay çayının rayonun Potulu kəndindən keçən hissəsində vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Məmmədov Gündüz Şükür oğlu sudan çıxarılıb xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.