Gürcüstanda fövqəladə vəziyyət mayın 18-dək uzadıla bilər.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, ölkədəki epidemoloji vəziyyətin dinamikasından asılı olaraq martin 21-də elan edilən fövqəladə vəziyyət rejiminin mayın 18-dək uzadılması istisna edilmir. Məlumatda qeyd edilib ki, bu barədə parlamentin büro iclasında müzakirələr aparılıb.
Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət aprelin 21-də başa çatır.












