Gürcüstanda hər 100 qadına 92 kişi düşür

Gürcüstanda hər 100 qadına 92 kişi düşür

Gürcüstanın 3.688.600 nəfər əhalisi var.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti “Sakstat” məlumat yayıb.

Statistikaya əsasən, Gürcüstan əhalisinin 59,7%-i şəhərlərdə yaşayır.

Eyni zamanda, paytaxt Tbilisinin əhalisi ölkənin ümumi əhalisinin demək olar ki, üçdə birini təşkil edir. Əhalinin yaş həddinə gəlincə, 0-14 yaşlı vətəndaşların xüsusi çəkisi 20,8% təşkil edir.

Gürcüstanda yaşayan 15-64 yaş civarında olan vətəndaşlar 63,7%, 65 yaşdan yuxarı olan insanlar isə 15,5% təşkil edir.

Kişilərin sayı 1 milyon 770 min, qadınların sayı isə 1 milyon 919 min nəfərdir. Başqa sözlə, Gürcüstanda əhalinin 48%-ni kişilər, 52%-ni qadınlar təşkil edir.

Hər yüz qadına 92 kişi düşür. Orta ömür uzunluğu 2 dəfə azalaraq 71,4 yaşa düşüb. Kişilər orta hesabla 67,5 il, qadınlar isə 75,4 il yaşayır.