Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı artdı

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı artdı

Gürcüstanda son sutkada daha 45 nəfər koronavirusa yoluxub. 

NOCOMMENT.az xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət və İctimai Saölamlıq Milli Mərkəzindən verilən məlumata görə 6 nəfər isə sağalaraq evə buraxılıb.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxma hallarının sayı 1 729-a çatıb. Sağalanların sayı 1 321 nəfər, vəfat edənlərin sayı isə 19 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır. 363 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.