Gürcüstanda son sutka ərzində 9 yoluxma faktı qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında verilən məlumata görə ölkədə yoluxma 1 370-ə çatıb.
Qeyd edək ki, yoluxanlardan 1 108 nəfər sağalıb 17 nəfər isə pandemiyanın qurbanı olub.
Məlumata görə Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 903 nəfər karantində saxlanılır, 278 nəfər isə stasionar şəraitdə müalicə olunur.












