Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirus diaqnozu qoyulan şəxslərin sayı 227 nəfərə çatıb.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bu günə qədər COVID-19 infeksiyasına yoluxanların 52-si sağalıb, 3-ü isə ölüb.

Karantində 4 829, stasionar nəzarətdə isə 410 nəfər saxlanılır.