Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 115 nəfərə çatıb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Koronaviruslu xəstələrdən 22-si sağalıb. Hazırda aktiv COVID-19 infeksiyasının daşıyıcıları 93 nəfərdir.
Karantində 5 106, stasionar nəzarətdə isə 294 nəfər saxlanılır.












