Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda daha 24 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 296 nəfərə çatıb.

Bildirilib ki, hazırda ölkə üzrə 4 834 nəfər karantində saxlanılır. Virusa yoluxmuş şəxslərdən 68 nəfəri sağalıb, 3 nəfər isə vəfat edib.