Gürcüstanda koronavirusa yoluxanların sayı üç yüzü ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı üç yüzü ötdü

Gürcüstanda daha 6 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 306 nəfərə çatıb. Onların 69-u sağalıb, 3-ü isə ölüb.

Karantində 4 990, stasionar nəzarətdə isə 462 nəfər saxlanılır.