Aprel ayının ikinci yarısında Gürcüstanda koronavirus infeksiyasının pik həddə çatması gözlənilir.
NOCOMMENT.az-ın gürcü mətbuatına istinadən xəbərinə görə, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, ölkədə virusun yayılmasını nəzarətdə saxlamaq mümkündür.
Qeyd edək ki, hazırda Gürcüstanda 130 nəfərin koronavirusa yoluxması təsdiqlənib, onlardan 26-nın sağaldığı bildirilir.












