Gürcüstanda yoluxma artmaqda davam edir

Gürcüstanda yoluxma artmaqda davam edir

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma faktı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında verilən məlumata görə ölkədə ümumi yoluxma sayı 1385 nəfərə çatıb.

Qeyd edək ki, ölkədə 1 128 xəstə sağalıb, 17 nəfər isə dünyasını dəyişib, 232 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 6 903, tibbi nəzarətdə isə 278 nəfər saxlanılır.