Fevralın 13-də Gürcüstan ərazisində baş verən zəlzələnin əhaliyə vurduğu ziyanın məbləği dəqiqləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatorluğunun sərəncamı ilə komissiya yaradılıb. Komissiyanın üzvləri Dmanisi və Marneulidəki vəziyyəti öyrəniblər.
Qubernator Giorgi Doxturişvili bildirib ki, Dmanisi bələdiyyəsi üzrə 20-yə qədər yaşayış evinə ziyan dəyib. Dmanisi Bələdiyyəsinin Qantiadi kəndindəki dövlət məktəbinə də ziyan dəyib. Zərər çəkmiş bütün ailələrə dövlət tərəfindən yardım ediləcək. Zəlzələ nəticəsində Marneuli Bələdiyyəsində 35-ə yaxın tikiliyə ziyan dəyib.
Qeyd edək ki, fevralın 13-də saat 22:25-də Dmanisi rayonunun Sameba kəndi ərazisində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə paytaxt Tiflis də daxil olmaqla 60-a yaxın evə və tikiliyə ziyan dəyib.
axar.az












