Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir

Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir

Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.

NOCOMMENT xəbər verir ki, təxliyə olunan şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısına toplaşır.

Onların 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır.

Onların ötən gün Tbilisidə koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Səfirlikdən təxliyə olunanlara 48 saat qüvvədə olacaq COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının Azərbaycana təxliyəsi təmin edilib.