Bu ilin birinci rübündə Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiya edilib.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib. Hesabatda Azərbaycan vətəndaşlarından birinin qadın, digərinin isə yaşlı kişi olması bildirilib.
Yanvar-mart aylarında qonşu ölkədən, ümumilikdə, 25 əcnəbi vətəndaş çıxarılıb. Gürcüstandan ən çox İran (5 nəfər), Kamerun (3 nəfər) və Türkiyə (3 nəfər) vətəndaşları deportasiya olunub.












