Hakim partiya üzvü: Ölənlərin sayını deyə bilmərəm

Hakim partiya üzvü: Ölənlərin sayını deyə bilmərəm

“Müdafiə Nazirliyi vaxtaşırı məlumat verir. Mən ancaq rəsmi mənbələrin verdiyi məlumatları bilirəm”

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı, Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Daimi Komissiyasının üzvü Armen Xaçatryan bildirib.

O, Ermənistan-Azərbaycan sərhədində atəşkəsin yaradılması üçün şərt irəli sürülüb-sürülmədiyini və onun yerinə yetirilib-yetirilmədiyi sualına cavab verməyib: “Mən bunu deyə bilmərəm. Danışıqlar mütləq aparılmalıdır və bildiyimə görə, hazırda danışıqlar gedir. Danışıqların nədən ibarət olduğunu isə deyə bilmərəm”.