İran Gorus-Qafan yoluna alternativ TİKƏCƏK

İran Gorus-Qafan yoluna alternativ TİKƏCƏK

İran Gorus-Qafan yoluna alternativin inşası üçün Ermənistan yardım edəcək.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə İranın yollar, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı nazirinin müavini Xeyrullah Xademi açıqlama verib.

“Ermənistanla yük və sərnişin daşınmasını bərpa etmək üçün danışıqlar aparırıq. İran-Ermənistan yolu İslam Respublikası üçün strateji əhəmiyyət daşıyır. Biz yola baş çəkdik və Ermənistana tikinti üçün dəstək verməyə hazırıq. Öz mühəndis və texniki imkanlarımızı bölüşməyə hazırıq”, – deyə Xademi söyləyib.

Xatırladaq ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir.