İranın nüvə fizikası üzrə ailm Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran parlamenti sədrinin köməkçisi bildirib.
Daha əvvəl İranın xüsusi xidmət orqanları nüvə fizikası üzrə ailm Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosunu bütün mehmanxanalara paylayıb. Xüsusi xidmət orqanlarından mehmanxana sahiblərinə bildiriblər ki, oteldə gördükləri halda həmin şəxsləri mehmanxanaya yerləşdirib, onlara məlumat versinlər.
Qeyd edək ki, İranın nüvə fiziklərindən olan M.Fəxrizadə noyabrın 27-də qətlə yetirilib.
Report












