İranın qanlı planı deşifrə edildi – İsraildən diqqətçəkən açıqlama

İranın qanlı planı deşifrə edildi – İsraildən diqqətçəkən açıqlama

İsrail hökuməti İranın Cənubi Kiprdə bəzi yəhudi iş adamlarını öldürmək istədiyini açıqlayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidmətinin verdiyi açıqlamada bildirilib.

“İran Kiprdə israilli iş adamlarını hədəf alan terror aktı törətməyə cəhd edib”, – açıqlamada qeyd olunub.

İsrail mətbuatında əvvəlki xəbərlərin əksinə olaraq, israilli milyarder Teddi Saqinin hədəflərdən biri olmadığı bildirilib.

İsrailin “Kanal 12” telekanalının məlumatına görə, Saqi rusiyalı ortağına olan borcları səbəbilə bir neçə gün əvvəl sui-qəsddən son anda xilas olub.