İrəvanda müxalifətin açıqladığı vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində mərkəzi küçələri bağlayan etirazçılardan 48 nəfəri polis tərəfindən saxlanılıb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hüquq-mühafizə orqanları açıqlama yayıblar.
Qeyd edək ki, bu gün Ermənistan paytaxtında dörd istiqamətdən yürüş başlayan müxalifət tərəfdarları bir sıra mərkəzi küçələri bağlayıb. “Müstəqillik” körpüsündə nümayişçilərlə polis arasında toqquşma baş verib.












