Son iki il ərzində Ermənistanın dövlət borcu 8 milyard dollara çatıb.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Vahe Davtyan paylaşıb.
O, cari ildə dövlət borcunun 9,5 milyard dollara yüksələcəyini söyləyib: “Ermənistanın ÜDM-si 18,8 milyard dollardır. Bu da özlüyündə Ermənistan üçün çox təhlükəli prosesdir. Beynəlxalq maliyyə institutlarına əsasən, aşağı səviyyəli ölkələr üçün dövlət borcunun optimal həcmi 37-38%-i keçməməlidir. Respublikada institusional böhranı nəzərə alsaq, təsdiqləyə bilərik ki, 2021-ci il Ermənistan üçün Böyük depressiyanın başlanğıcı olacaq. Bundan yalnız tenokratlardan ibarət antiböhran hökuməti formalaşdıraraq çıxmaq olar”.












