İrəvanda etiraz aksiyası keçirilir

İrəvanda etiraz aksiyası keçirilir

Ermənistan müxalifəti İrəvanın mərkəzində etiraz aksiyalarına başlayıb.

“NOCOMMENT” Publika.az-a istinadən xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

“Bu gün erməni xalqının reinkarnasiyası günüdür. Biz müharibədə ölənlərimizə söz veririk ki, məqsədimizə çatacağıq” – Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan bildirib.

Aksiya iştirakçıları küçələri bağlayır, paytaxtın müxtəlif yerlərində piketlər təşkil edir, İrəvanın mərkəzi küçələrində yürüşlər keçirirlər. Müxalifətin bildirdiyinə görə, onlar bu gündən daha fəal aksiyalara əl atacaqlar.

Minlərlə erməni gənci küçələrə axın edib, onlar hökumət əleyhinə şüarlar səsləndirirlər.