İrəvandakı güclü zəlzələ Naxçıvanda da hiss olundu – VİDEO

İrəvandakı güclü zəlzələ Naxçıvanda da hiss olundu – VİDEO

Yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) NOCOMMENT.az-a verilən məlumata görə zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, zəlzələnin episentri İrəvanın 8 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınıb. Zəlzələ episentrdə 6-7 bal olub, İrəvanda 5-6 bal gücündə hiss edilib. Əhali təşvişə düşüb və küçələrə çıxıb.

Ermənistan FHN zəlzələnin İrəvanda 4,7 bal gücündə olduğunu açıqlayıb.