Ağdam rayonunun işğaldan azad edilən 5 kəndinin ərazisi mina və partlayıcı qurğulardan tam təmizlənib.
NOCOMMENT trend-ə istinadən xəbər verir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib.
Qurum rəsmisi bildirib ki, hazırda digər kəndlərin ərazilərində təmizlənmə işləri davam etdirilir: “Artıq rayonun işğaldan azad edilən Ağdamkənd, Sarıcalı, Bağmanlar, İsmayılbəyli və Mərzili kəndlərinin ərazisi minalardan tam olaraq təmizlənib. Hazırda Şahbulaq, Cəvahirli və digə kəndlərdə təmizlənmə işləri davam etdirilir”.












