“Turkish Airlines” aviaşirkətinin Tehran istiqamətinə uçan təyyarəsinin istiqamətini dəyişməsinə hava şəraiti səbəb olub.
NOCOMMENT “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İmam Xomeyni adına hava limanının mətbuat xidməti məlumat yayıb.
“Turkish Airlines şirkətinin pilotu hava şəraiti ilə əlaqədar təyinat nöqtəsini Bakıya dəyişib. Hava şəraiti sabitləşəndə təyyarə Tehrana qayıdacaq”, – deyə xəbərdə bildirilib.












