Rostov vilayəti üzrə İstehlak Bazarları Departamentinin rəhbəri İrina Telarova ötən gün Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları tərəfindən saxlanılıb.
NOCOMMENT.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu əməliyyat tədbiri Rostov vilayətinin Aksay rayonunda nəhəng ticarət mərkəzlərinin sahibi olan azərbaycanlı iş adamı Kərim Babayevin işi ilə bağlıdır.
Xəbər verildiyi kimi, bu ilin aprelində FTX əməliyyatçıları Aksay rayonunun başçısı Vitali Borzenkonu, “Almaz”, “Atlant”, “Ovoşnoy”, “Stroitelni” ticarət mərkəzlərinin sahibi olan Kərim Babayevin oğlu Eduard Babayevi, habelə Babayevlərin biznesini idarə edən icraçı direktor İvan Sitkonu həbs edib. Kərim Babayev isə vaxtında qaçıb aradan çıxa bilib, onun Azərbaycandakı “nüfuzlu qohumlarının” yanına qaçdığı bildirilir. Bu həbslərin arasında Babayevin bazarlarına ordu yeridilib və onların fəaliyyəti dayandırılıb. Nəticədə on minlərlə ticarətçi (o cümlədən çoxsaylı azərbaycanlılar) işsiz qalıb.













