Daha bir motosiklet qəzası - Ölən var

Daha bir motosiklet qəzası - Ölən var

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Məlumata görə, motosikletin vurduğu 4 yaşlı uşaq təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.\\report.az