Səsi hər kəsi təəccübləndirdi: Aybəniz Haşımovanın bacısı gündəm oldu

Səsi hər kəsi təəccübləndirdi: Aybəniz Haşımovanın bacısı gündəm oldu

Əməkdar artist Aybəniz Haşımova sosial media hesabında bacısı Şölə ilə bağlı paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, sənətçi bacısının ad günü münasibətilə onu təbrik edərək səmimi sözlər yazıb:

“Doğum günün mübarək, atamın kişmiş qızı, səsi bulaq kimi qaynayan əziz bacım Şölə. Səni çox sevirəm və hər zaman xoşbəxt olmağını arzulayıram”.

Aybəniz Haşımovanın paylaşdığı videoda bacısı Şölə “Nazəndə sevgilim” mahnısını ifa edib.

Görüntülər izləyicilərin böyük marağına səbəb olub. Sosial şəbəkə istifadəçiləri onun səs tembrinin və ifa tərzinin Aybəniz Haşımovaya bənzədiyini bildiriblər.

Paylaşıma çoxsaylı təbrik şərhləri yazılıb. Bir çox istifadəçi onun musiqi qabiliyyətinə heyran qaldığını qeyd edib.