Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi və Senatın eks-spikeri Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev 30 yaşında vəfat edib.
NOCOMMENT xəbər verir ki, bu barədə “zakon.kz” xəbər portalı məlumat yayıb.
“Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ürəyi dayanıb. Digər detallar hələ bilinmir”, – deyə məlumatda qeyd olunub.
Aysultan 1990-cı il avqustun 26-da Nazarbayevin böyük qızı və Rahat Əliyevin ailəsində dünyaya gəlmişdi. Sanherstdə Britaniya Kral Hərbi Akademiyasını bitirmiş, Qazaxıstan Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsində çalışmışdı. Futbola böyük həvəsi var idi və bir müddət əvvəl hətta “Portsmut” klubunda oynamağa çalışmışdı.













