Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu martın 2-də başlaya bilər.
NOCOMMENT xəbər verir ki, bu barədə Ukrayna KİV-i diplomatik mənbələrə istinadən bildirib.
Birinci tur fevralın 28-də başa çatıb. Bundan sonra iştirakçılar rəhbərliklə məsləhətləşməyə gediblər.
Ukrayna nəşrləri diplomatik mənbəyə istinadən iddia edirlər ki, Rusiya danışıqlar zamanı Ukraynanın neytral statusunu parlament səviyyəsində möhkəmləndirməyi və referendum keçirməyi, Donetsk və Luqansk vilayətləri daxilində “DXR” və “LXR”i tanımağı, Ukraynanın denazifikasiyasını həyata keçirməyi tələb edib.












