Koronavirusu ən tez müəyyən edəcək cihazı da Türkiyə hazırladı

Koronavirusu ən tez müəyyən edəcək cihazı da Türkiyə hazırladı

Türkiyəli alimlər qabaqcıl optik texnologiyadan istifadə edərək cəmi 10 saniyədə koronavirus infeksiyasını müəyyən edən cihaz hazırlayıblar.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə cihazın hazırlandığı Bilkent Universitetinin rəsmi veb-saytında məlumat verilib.

“Bu cihazla ağız suyundan götürülən nümunədə ən geci 10 saniyə ərzində COVİD-19 infeksiyasına səbəb olan virusu aşkar etmək olar”, – deyə açıqlamada qeyd olunub.

Cihaza “Diagnovir” adı verilib. Cihaz aparılan pre-klinik tədqiqatlarda virusların aşkarlanmasında 99% effektivlik göstərib. “Diagnovir”in kütləvi istehsalına başlayacağı planlaşdırılır.