KTMT sərhəddə baş verənlərə qarışmayacaq – Baş katib

KTMT sərhəddə baş verənlərə qarışmayacaq – Baş katib

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar vəziyyətin kəskinləşməsi “sərhədyanı insident”dir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv müdafiə barədə nizamnaməsinin müddəalarına uyğun deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

O bildirib ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında istifadə oluna bilər:

“Burada isə biz sərhədyanı insidentlə üz-üzəyik, Atışma yoxdur, qurbanlar olmayıb, eskalasiya müşahidə olunmur. Bu, sərhədyanı insidentdir və onu həll etmək lazımdır. Biz dinc yolla həllin tərəfdarıyıq”.
Modern.az