Mişustin İrəvana gəldi

Mişustin İrəvana gəldi

Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün Ermənistana gəlib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin təxirəsalınmaz vəzifələrini müzakirə edəcəklər.

Aeroportda Mixail Mişustini Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.