Erməni tərəfinin Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Bu barədə NOCOMMENT-ə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib.
“Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur”, – deyə açıqlamada vurğulanıb.











