“Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində fəaliyyət göstərir, ancaq Ermənistan ərazisindən bizim ərazilər atəşə tutulur”.
NOCOMMENTxəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov TASS-a müsahibəsində deyib.
“Vəzifəmiz Ermənistanın Azərbaycana qarşı belə təxribat xarakterli hərəkətlər həyata keçirmək arzusundan əl çəkməsi üçün bu əməliyyatı ən qısa zamanda başa çatdırmaqdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisindən atəş açılması məsələsi rəsmi Yerevana təzyiqlərin artırılması yolu ilə həll edilməlidir.












